Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 18-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verilən məlumata görə, sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturun gecə 17-21 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 18-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında gecə 16-21 dərəcə, gündüz 28-32 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-24 dərəcə isti gözlənilir.