Türkiyədən quş və quş əti məhsullarının gətirilməsinə dair qoyulmuş qadağa hələ də qüvvədədir.
Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
Y. Xanvəlinin sözlərinə görə, may ayının əvvəlində Türkiyənin 12 bölgəsinə (Balikəsir, Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebol, Qaraböyük və Qastamoni) müvəqqəti məhdudiyyət qadağası tətbiq olunub. Həmin qadağalar hələ də götürülməyib.
Yolçu Xanvəli payızda quş qripi ilə bağlı növbəti monitorinqlərin keçirilməsinin planlaşdırıldığını da əlavə edib. Nəzarəti tədbir quşların pyız miqrasiyasının başlandığı vaxt- noyabr ayında keçiriləcək.