Quş qripi ilə bağlı monitorinqlər bu gün yekunlaşacaq
15 may 2015 13:35 (UTC +04:00)

Quş qripi ilə bağlı monitorinqlər bu gün yekunlaşacaq

Mayın 6-sı Türkiyə ərazisində toyuqlar arasında aşkarlanan yüksək patogenli quş qripi (H5N1) virusu ilə bağlı Dövlət Baytarlıq Xidməti tərəfindən sərəncam imzalanmışdı.

İmzalanmış sərəncamla Türkiyədən quş məhsullarının ölkəmizə idxalına qadağa qoyulub. Belə ki, Türkiyə Respublikasının Balikəsir və ona yaxın olan Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa , İnebol, Qaraböyük və Qastamondə bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Yolçu Xanvəli Lent.az-a açıqlamasında  bildirib ki, qəbul olunmuş həmin sərəncam bu gün də öz qüvvəsindədir: “Sonuncu sərənacama görə, Türkiyənin həmin 12 bölgəsindən quş əti, yumurta, damazdlıq yumurta, cücənin ölkəmizə gətirilməsinə müvəqqəti məhdudiyyət təyin olunub. Həmin məhdudiyyət bu gün də öz qüvvəsindədir. Əgər yeni ərazilər haqda məluimat daxil olarsa, həmin ərazilərə də məhdudiyyət tətbiq olunacaq”.

Y.Xanvəlinin sözlərinə görə, bu müddət ərzində ölkəmizdə quş qripi ilə bağlı heç bir şikayətə rastlanmayıb. Məlumata  görə, narahatedici hal qeydə alınmayıb.

Ölkədə keçirilən monitorinqlərin nəticələri bu gün saat 15:00-da yekunlaşacaq. Müayinələr davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar