Azərbaycanda qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etməyə görə cərimə artırılır.
APA-nın məlumatına görə, bu, Cinayət Məcəlləsinin 179-cü maddəsinə təklif edilən dəyişiklikdə əksinə tapıb. Layihəyə görə, maddənin 2-ci hissəsində şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə sanksiyada “2000 manatdan 3000 manata qədər” cərimə “4000 manatdan 7000 manata” qədər cərimə ilə əvəzlənir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.