QİÇS-dən vəfat edənlər anıldı
17 iyun 2013 16:42 (UTC +04:00)

QİÇS-dən vəfat edənlər anıldı

QİÇS-dən vəfat edən insanların Ümumdünya Anım günü ilə bağlı QİÇS-lə Mübarizə Mərkəzi “Park Bulvar” AVM—də könüllü müayinə məntəqəsi təşkil edib. Lent.az-ın xəbərinə görə, bu tədbirdə 10-15 dəqiqə ərzində pulsuz və anonim qaydada İİV/QİÇS-lə bağlı ekspress-testdən keçmək, İİV-in yoluxma yolları, profilaktik tədbirlər barədə məlumat almaq imkanı yaradılıb.

 

 “Park Bulvar AVM-də” 6 saat davam edən “AİDS-lə bağlı ekspress-testdən keç və təhlükəsiz yaşa” devizi altındakı aksiyada 800-dən çox vətəndaşımız və paytaxtımızın qonaqları İİV-lə bağlı müayinədən keçib.   

 

Qeyd edək ki, QİÇS-dən vəfat edən insanların Anım  günü ilk dəfə 1983-cü ildə ABŞ-ın San-Fransisko şəhərində olub.Dünyada 30 mln insan QİÇS-dən dünyasını dəyişib. Dünyada hər gün QİÇS-dən 5500 insan vəfat edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637
avatar

Oxşar yazılar