“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi “Ulu Öndər mirasıdır yurdum Azərbaycanım!” layihəsi çərçivəsində Bakı şəhərində həyata keçirdiyi futbol yarışları davam edir.
Lent.az-ın məlumatına görə, layihə çərçivəsində futbol yarışlarının keçirilməsi bu il birinci Avropa Oyunlarının Azərbaycanda, paytaxt Bakıda keçirilməsi ilə əlaqədardır. Layihə çərçivəsində keçiriləcək oyunlarda futbolçuları “Bakı 2015” ilk Avropa Oyunlarının beynəlxalq aləmdə Azərbaycanı təmsil etməsi stimullaşdırıb.
Qeyd edək ki, futbol yarışı Çanaqqala zəfərinin 100 illik yubileyinə təsadüf edib. Bu münasibətlə oyunun iştirakçıları əllərində Azərbaycan və türk bayraqlarını tutaraq “Bir millət, iki dövlət!” şüarını səsləndiriblər. Bir neçə komandanın iştirakı ilə baş tutan turnir dairəvi sistem üzrə keçirilir. Üç həftə ərzində davam edən futbol yarışlarının bu həftə son yarışıdır. Sonda iştirakçılara sertifikat təqdim ediləcək.