QHT-lərdə “Media günləri” təşkil ediləcək
29 aprel 2013 19:20 (UTC +04:00)

QHT-lərdə “Media günləri” təşkil ediləcək

“Media İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qeyri-Hökumət Təşkilatlarında “Media günləri”nin təşkili” layihəsinin icrasına başlayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, üç ay ərzində həyata keçiriləcək layihədə məqsəd QHT-lərlə media arasında əlaqələri yaxşılaşdırmaq, bu iki institutun təmsilçilərini bir-birinin fəaliyyət xüsusiyyətləri ilə yaxından tanış etmək və qarşılıqlı münasibətləri gücləndirməkdir.

 

Müəyyən edilmiş ardıcıllıq üzrə QHT-lərdə üç günlük “Media günləri”nin keçiriləcək.

 

Beləliklə, QHT və media institutlarının öz problemlərini qarşılıqlı şəkildə öyrənmək imkanı yaranacaq və qarşılıqlı məsləhətləşmələr yolu ilə ortaya çıxmış təkliflərin gerçəkləşməsinə çalışılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Oxşar yazılar