Qəzalı vəziyyətə düşmüş körpü təmir edilib
09 iyun 2015 17:32 (UTC +04:00)

Qəzalı vəziyyətə düşmüş körpü təmir edilib

0

Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən və qəzalı vəziyyətə düşən avtomobil körpüsündə aparılan təmir işləri yekunlaşıb. Lent.az “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, bu gündən etibarən körpü üzərində tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

 

Körpü üzərində nəqliyyat vasitələrinin intensivliyi nəzərə alınaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Körpüdə aparılmış təmir-tikinti işləri zamanı normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində sınıb 4 ədəd dəmir-beton tirlər dəyişdirilib.

 

Qəza baş vermiş hərəkət zolağı boyunca 90 metrlik aşırım tirləri üzərində dəmir-beton karkas yığılaraq üstü betonlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar