Qeyri-sabit hava şəraiti 3 gün davam edəcək
30 may 2013 13:01 (UTC +04:00)

Qeyri-sabit hava şəraiti 3 gün davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 14-18 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. İyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Gecə 14-18 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, mayın 31-də gündüz əksər rayonlarda hav şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcə olacaq.  Dağlarda gecə 6-11,  gündüz 15-20 dərəcə isti olacaq.

 

İyunun 1-də və 2-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 13-18 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 7-12 dərəcə, 15-20 dərəcə, bəzi yerlərdə 20 dərəcə isti olacaq.

 

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər metohəssas insanlar üçün əlverişlidir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2539
avatar

Oxşar yazılar