Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, gündüz cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 8-13 , gündüz 15-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava, gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Aran bölgələrdə havanın temperaturu gecə 8-13, gündüz 21-26, dağlıq bölgələrdə gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.