Qənirə Paşayeva Osmanqazi Universitetində təqdimat keçirdi
17 mart 2016 10:37 (UTC +04:00)

Qənirə Paşayeva Osmanqazi Universitetində təqdimat keçirdi

Millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdad Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyənin Osmanqazi Universitetində təqdimatı və imzalanma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimə ziyalılar, müəllimlər, tələbələr və KİV təmsilçiləri qatılıb. Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva  kitabda  əsas  məqsədin  Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. “Qarabağ problemi harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir” deyən millət vəkili türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb.

 

Q. Paşayeva təqdimat və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb və kitabları imzalayaraq tədbir iştirakçıları ilə geniş fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci əsrdə soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Kitabda  Azərbaycanın bir çox tanınmış yazar, araşdırmaçı və jurnalistlərinin Qarabağla bağlı hekayələri yer alır. Kitab qardaş Türkiyədə artıq ikinci dəfə nəşr edilib. Tədbirdə “Cahan” Holdinqin dəstəyi ilə hazırlanmış Qarabağ həqiqətlərinə dair materiallar da tədbir iştirakçılarına hədiyyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar