Tovuzda Ermənistanla ön cəbhədə yerləşən hərbi hissədə əsgərlər üçün konsert təşkil edilib.
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, "gələn bayramlarımızı inşallah birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil. Biz hamımız bunun üçün əlimizdən gələni etməliyik".
Sonda hərbi xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilib.