Qənirə Paşayeva Tailandda QHT və KİV rəhbərləri ilə görüşüb
18 yanvar 2016 10:16 (UTC +04:00)

Qənirə Paşayeva Tailandda QHT və KİV rəhbərləri ilə görüşüb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Tailandın bir sıra nüfuzlu QHT və KİV-ləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin tarixi, keçdiyi yol, əldə etdiyi uğurlar, iqtisadi və  turizm potensialı barədə geniş məlumat verib. O, bildirib ki, Azərbaycanla Tailand arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur: “Toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə QHT və KİV-lərin də üzərinə böyük bir missiya düşür”.

 

Q. Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə də bağlı geniş  məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir.

 

Millət vəkili deyib ki, Tailandda çoxsaylı görüşlər keçirib, Azərbaycan barədə daha çox məlumat vermək və əməkdaşlığımızın genişlənməsinə xidmət edən geniş müzakirələr aparmaqla yanaşı  bu gözəl ölkəni daha geniş tanımaq imkanı da olub və bu ona Tailandla bağlı maraqlı bir kitab hazırlamaq üçün də önəmlidir. Tailandın bir sıra tanınmış QHT və KİV rəhbərləri Azərbaycana dəvəti böyük  məmnuniyyətlə  qəbul  edərək  ölkənizi yaxından tanımaqdan məmnun olacağıq deyiblər.

 

Q.Paşayeva görüşlə yanaşı bir sıra tanınmış media və mətbuat nümayəndələrinə geniş müsahibələr də verib və onları maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda o, Tailandın QHT və KİV rəhbərlərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu və müxtəlif materialları hədiyyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Oxşar yazılar