Qənirə Paşayeva onun adından pul yığan qadından yazdı
20 sentyabr 2013 01:35 (UTC +04:00)

Qənirə Paşayeva onun adından pul yığan qadından yazdı


Millət vəkili Qənirə Paşayeva onun adından sui-istifadı edilməsi ilə bağlı xəbərdalıq alıb.

Lent.az-ın xəbərinə görə, bu barədə millət vəkili “facebook”dakı səhifəsində yazıb: “Bir az əvvəl inandığım dostlardan biri mənə zəng edərək deyir ki, Şirvan və Salyanda mənim adımdan istifadə edərək, müəyyən qurumlara müraciət ediblər. Müraciət etdikləri sahədəki biznesin mənim olduğunu deyiblər. İndi bu məsələni ciddi araşdırmağa başlamışıq”.

Q. Paşayeva Azərbaycanın heç bir bölgəsində biznesi olmadığını qeyd edib: “Bunu bir neçə dəfə açıqlamışam və bu gün də tam məsuliyyətlə açıqlayıram. Mənim nə Şirvan, nə Salyan, nə millət vəkili seçildiyim Tovuz rayonunda, ümumiyyətlə, Azərbaycanın heç bir rayonunda biznesim yoxdur. Xahiş edirəm ki, mənim adımla hər hansı quruma müraciət edilsə, mütləq bu barədə mənə məlumat versinlər ki, bu cür fırıldaqçı, adımdan sui-istifadə edən insanların əməllərinin qarşısını vaxtında ala bilək. Bəzi insanlar o qədər tərbiyəsizləşiblər ki, hətta kredit əldə etmək üçün, soyuducu açmaq üçün dövlət qurumlarına belə müraciət edəndə mənim adımı hallandıraraq, guya mənim bu biznesin arxasında dayandığımı deyirlər. İki dəfə bu kimi sui-istifadə və fırıldaq hallarının həmin qurumların mənə müraciəti əsasında qarşısını ala bildik. Çox xahiş edirəm ki, mənim adımla hər hansı bir təşkilata müraciət edilən zaman bunun mənimlə heç bir əlaqəsi olmadığını nəzərə alsınlar, əhəmiyyət verməsinlər və bu kimi sui-istifadə hallarının, fırıldaqların qarşısının alınması üçün mənə məlumat versinlər. Bir neçə ay əvvəl özünü mənim köməkçim adlandıraraq vətəndaşları aldadan və onlardan pul alan Sədaqət adlı bir qadınla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdim və onlar bununla bağlı tədbir gördülər. Həmin qadının aldatdığı vətəndaşların bəziləri mənə müraciət edərək, xəbər verməsəydilər, o, daha böyük fırıldaqlarla nə qədər insana zərər vura bilərdi. Bununla bağlı xüsusi bir açıqlama yayacağıq. Xahiş edirəm, belə hallarla üzləşərsinizsə mütləq bizə məlumat verin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2883
avatar

Oxşar yazılar