Millət vəkili Qənirə Paşayeva 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə reablitasiya Mərkəzində fiziki imkanları məhdud gənclərlə görüşüb və təkliflərini müvafiq qurumlarla müzakirə edəcəyini deyib. Lent.az-ın məumatına görə, Qənirə Paşayeva görüş zamanı fiziki imkanları məhdud şəxslərlə bağlı dövlət səviyyəsində görülmüş işlərlə yanaşı həllini gözləyən problemlərdən də danışıb və bir millət vəkili olaraq bundan sonra da fəaliyyətində əlilləri narahat edən məsələlərə bundan sonra da daim diqqət və önəm verəcəyini deyib.
1. Fiziki imkanları məhdud şəxslərin inkluziv təhsili
2. 1 və 2-ci qrup lillərin ödənişli ali təhsildən azad edilməsi
3. Qurum, təşkilat və bunalarda əlillər üçün pandusların quraşdırılmasının surətləndirilməsi
4. İş yerlərində əlillər üçün ayrılan iş yerləri kvotaları ilə bağlı qanunvericiliyin həyata keçirilməsinə ciddi nəzarət
5. Bakı şəhərində bir sıra bölgələrə əlillərin hərəkəti üçün ictimai nəqliyyatın hərəkətinin təmin edilməsi
6. Bakı şəhərində istedadlı əlillərin əl işlərinin satılmasını təmin edən bir mərkəzin olması kimi vacib məsələlərlə bağlı təklifləri təkrar müvafiq qurumlarla müzakirə edəcəyini, fziki imkanları məhdud insanlarımızın təkliflərini onların diqqətinə çatdıracağını və bəzi təklifləri Milli Məclisdə səsləndirəcəyini söyləyib.Bəzi fiziki imkanları məhdud gənclərin təkliflərini də dinləyən millət vəkili Q.Paşayeva onlarla geniş fikir mübadiləs aparıb və onlarla bağlı bir sıra dövlət qurumlarına millət vəkili kimi müraciətlər edəcəyini deyib.Millət vəkili Q.Paşayeva Mərkəzdə fiziki imkanları məhdud şəxslər üçün təşkil olunmuş tikmə. toxuma,toxumaçılıq, oymaçılıq, rəssamlıq, saç ustası və.s kimi kursları da ziyarət edib, kurslarda gənclərlə geniş müzakirə aparıb və istedadlı gənclərimizə uğurlar dilələyək bir peşəni dərindən öyrənmənin vacibliyini söyləyib və onlarla fikir mübadiləsi aparıb. Millət vəkili eyni zamanda 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə reablitasiya Mərkəzində Boccia Paraolimpiya oyunu klubunda gənclərlə baccia oynadı və inanırıq ki gələcəyin çempionları sizin aranızdadır deyib onlara böyük uğurlar diləyib və hər zaman yanınızdayıq deyib. Millət vəkili Q.Paşayeva1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə reablitasiya Mərkəzinin rəhbəri Rəhilə Həsrətova, Boccia Paraolimpiya oyunu üzrə gənclərun məşqçisi Nihat Hoca, Arabaçı TV-nin dirketoru İlham Məhərrəmovla da geniş görüşüb və fikir mübadiləsi aparıb. 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə reablitasiya Mərkəzində keçirilən görüşün sonunda millət vəkili Q.Paşayeva onlara özünün hədiyyələrini təqdim edib və ona mərkəzin rəhbəri Rəhilə Həsrətova gənclər adından Azərbaycan adlı əsəri hədiyyə edib. Millət vəkili Q.Paşayeva ona müraciət etmək istəyən bəzi fiziki imkanları məhddud gəncləri də dinləyib və onları narahat edən məsələlərin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəyinə söz verib.
Qənirə Paşayeva fiziki imkanları məhdud gənclərlə görüşüb
295