Millət vəkili Qənirə Paşayeva hərb sənətinin sirlərini öyrənən məktəblilərlə görüşüb.
Lent.az-ın məlumatına görə, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə keçirilən tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva gənclərimizlə tariximiz, ölkəmiz, özəlliklə Ermənistanın işğalçılıq siyasəti, törətdiyi soyqırımlar barədə ətraflı söhbət edib və onları maraqlandıran müxtəlif sualları cavablandırıb.
Gənclərə tariximizi yaxşı öyrənməyi məsləhət görən Q.Paşayeva hər bir gəncimiz işğal altında olan torpaqlarımızı, oradakı tariximizi, tarixi-mədəni abidələrimizi əzbər bilməlidir deyib və gənclərə fiziki sağlam olmaları üçün idmanla daha çox məşğul olmaqla bərabər mənəvi sağlamlıqlarına da ciddi önəm verməyə, siqaret, narkomanya, alkaqol, qumar kimi insanı məhv edən vərdişlərdən uşaq durmağa çağırıb.
Məktəblilərin hərbi biliklərinin artmasından məmun olduğunu bildirən Q.Paşayeva hərbi müəllimlərlə yanaşı məktəblilərə belə bir imkan yaradan hərbi hissə rəhbərliyinə də təşəkkür edib.
Sonda millət vəkili əsgərlər və məktəblilərlə bərabər əsgər yeməyi bişirib, onları əsgər qaydasında paylayıb və birlikdə əsgər naharı edib. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları və Azıbaycan tarixi ,həqiqətləri ilə bağlı kitabları hədiyyə edib və uğurlar arzulayıb.