"Yalanla ən ciddi mübarizə doğruları anlatmaqdır" - <b>Millət vəkili</b>
05 mart 2016 10:42 (UTC +04:00)

"Yalanla ən ciddi mübarizə doğruları anlatmaqdır" - Millət vəkili

Millət vəkili Qənirə Paşayeva Erciyes Universitetində “Yeni gelişmələr işığında Azərbaycan-Türkiyə münasibətləri və Qarabağ həqiqətləri” adlı konfrans verib. Lent.az-ın məlumatına görə, Erciyes Universitetinin və valiliyin  təşkilatçılığı ilə keçirilən konfransda rəsmi şəxslər, ziyalılar, alimlər və gənclər geniş şəkildə iştirak ediblər. Qarabağ problemi,  Xocalı Soyqırımı  ilə  bağlı  geniş çıxış edən millət vəkili gənclərə Xocalı Soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatlar verib.

 

Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmədiklərini deyib: “Xocalı Soyqırımından  danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə  tarixdə  olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk soylu insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”.

 

Q. Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib. “İnşallah, gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib.

 

Tədbirin sonunda millət vəkili Erciyes Universiteti rəhbərliyi tərəfindən plaketlə təqdim olunub.  Q. Paşayeva da universitet rəhbərliyinə və tədbir iştirakçılarına  Azərbaycan tarixi,  həqiqətləri ilə bağlı materialları, həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar