“Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar”da yerləşən dükanında, millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxmış “Məndən sonra…” (“Özümə yolçuluq” seriyasından) kitabının “imza günü” keçirilib.
Lent. az-ın məlumatına görə, kitabın redaktoru Əkbər Qoşalı kitab haqqında məlumat verib. “Məndən sonra”nın “Özümə yolçuluq” seriyasından çıxan ilk kitab olduğunu bildirərək, özünə yolçuluğun yolların ən çətini olduğunu deyib.
Millət vəkili Q.Paşayeva ilk növbədə onun “imza günü ”nə gələn çoxsaylı oxucuları, kitabsevərləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu deyib, onların hər birinə təşəkkür edib.
Qeyd edək ki, müəllif kitabdan əldə olunacaq gəliri çoxuşaqlı yoxsul bir ailəyə bağışlayacaq.