Qənirə Paşayeva uşaqlar üçün kitab bayramı keçirib
12 iyul 2016 10:06 (UTC +04:00)

Qənirə Paşayeva uşaqlar üçün kitab bayramı keçirib

Millət vəkili Qənirə Paşayeva Tovuzda uşaqlar üçün Kitab Bayramı keçirib. Lent.az-ın məlumatına görə, 150-ə yaxın məktəblinin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı özünün müəllifi olduğu çoxlu kitab və jurnal hədiyyə edən millət vəkili uşaqları yay tətilində faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənnməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Tovuz məktəblərinin kitabxanalarına təkcə özünün müəllifi olduğu kitabları deyil, Azərbaycan ədəbiyyatı, tarixi, Qarabağ həqiqətləri, türk xalqları ilə bağlı çoxlu sayda kitab hədiyyə etdiyini deyən millət vəkili uşaqları onlardan istifadə etməyə səsləyib. Millət vəkili gənclər arasında kitaba, elmə meylliyin artmasının vacibliyi istiqamətində də onlarla söhbət edib və sualları cavablandırıb. Millət vəkili görüş zamanı təhsilində fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyə və məsləhətlərini də verib: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir”.

 

 Millət vəkili valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”.

 

Tədbirdə çıxış edən “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə də uşaqlar üçün təşkil olunmuş Kitab bayramında çıxış edərək gəncləri oxumağa, öyrənməyə çağırıb. Tədbirdə gənclərlə geniş fikir mübadiləsi də aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar