Qənirə  Paşayeva Tovuzda görüş keçirib
05 fevral 2016 11:03 (UTC +04:00)

Qənirə Paşayeva Tovuzda görüş keçirib

0

 

Millət vəkili Qənirə Paşayeva Tovuz kənd sakinləri ilə görüşüb.

 

Lent.az-ın məlumatına görə, xəstə kənd sakinləri ilə  görüşən millət vəkili Q.Paşayeva bəzilərinin  daha  yüksək  səviyyəli  müalicə almaları və əməliyyatları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

 

Bundan başqa, əhalinin ünvanlı  sosial yardımla və əlilliyə görə pensiya ilə bağlı müraciətlərinin həlli isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı qurumları ilə müzakirə olunub.

 

Görüşdə  seçicilər əsasən özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyacın olması ilə bağlı müraciətlərini bildiriblər.

 

Bir sıra sakinlər banklarla bağlı yaranmış problemləri, kiçik bir kredit üzündən kəsilən ünvanlı sosial yardımının bərpası istiqamətində də millət vəkilinə müraciət ediblər. Eyni zamanda məhkəmələr və məhkəmə qərarlarının icrasının ləngiməsi ilə də bağlı da müraciətlər olub.

 

Q.Paşayeva müstəqillik illərindən sonra tikilən yeni küçələrin, məhəllələrin sakinləri evlərinin təbii qazla təmin edilməsi istiqamətində üzləşilən problemlərlə bağlı  “Azəriqaz” rəhbərliyi ilə danışacağına söz verib.

 

Sonda sakinlərlə tək-tək görüşən millət vəkili onların problemləri ilə bağlı qeydlər də aparıb və onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını, bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar