Qəbələnin Bum kəndinə qaz verildi
05 mart 2016 13:09 (UTC +04:00)

Qəbələnin Bum kəndinə qaz verildi

SOCAR prezidenti Rövnəq Abdullayev martın 5-də Qəbələ rayonunun Bum kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə iştirak edib. Lent.az-ın məlumatına görə, Milli Məclisin üzvü Fəttah Heydərovun, SOCAR rəhbərliyi təmsilçilərinin, Qəbələ rayon icra hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyət nümayəndələri qatıldığı mərasimdə bildirilib ki, 1264 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1875 metr uzunluğunda müxtəlif diametrli polietilen və 80609 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 1264 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar