Qazaxda köçkünlər üçün 300 mənzilli binalar tikilir
03 iyul 2015 20:49 (UTC +04:00)

Qazaxda köçkünlər üçün 300 mənzilli binalar tikilir

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qazaxda məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olmaq üçün yaşayış kompleksində olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə işlərlə tanış olan Əli Həsənov işlərin keyfiyyətli və vaxtında sona çatdırılması istiqamətində tapşırıq verib. İstənilən qədər texnika, işçi qüvvəsi, tikinti materialları olduğunu bildirən tikinti təşkilatlarının rəhbərləri hesabat xarakterli məlumat verərək bildiriblər ki, onlar məsul olduqları sahələrdə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklər.

 

 

Qazaxda 10 ədəd 4 mərtəbəli 300 mənzilli binalar tikilir. Bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi də inşa edilir.

 

Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar