251 minə yaxın it quduzluğa görə peyvənd olunub
27 yanvar 2016 16:59 (UTC +04:00)

251 minə yaxın it quduzluğa görə peyvənd olunub

Kənd Təsərrüfatı Nazirliyinin profilaktiki və diaqnostik tədbirlər planına əsasən il ərzində qarayara xəstəliyinə qarşı 2931768 baş iribuynuzlu üzərində peyvəndləmə aparılıb.

Lent.az-ın məlumatına görə, bu barədə bu gün Kənd Təəsüfatı Nazirliyinin kollegiya iclasında  məlumat verilib.

Məlumatda qeyd edilir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən  təsdiq  olunmuş  2015-ci il üçün epizootiya əleyhinə profilaktiki və diaqnostik tədbirlər planına əsasən il ərzində qarayara xəstəliyinə qarşı 2931768 baş iri buynuzlu, 7516383 baş xırda buynuzlu, 97335 baş tək dırnaqlı heyvanda, dabaq xəstəliyinə qarşı 2860000 baş iri buynuzlu heyvanda, 4830660 baş xırda buynuzlu heyvanda, quduzluq xəstəliyinə qarşı 251135 baş ev itində, Leptospiroz  xəstəliyinə qarşı 732193 baş iri buynuzlu heyvanda, 424644 baş xırda buynuzlu heyvanda, qoyunların çiçək  xəstəliyinə qarşı 7810180 baş davarda, Nodulyar dermatit  xəstəliyinə qarşı 2178145 baş iri buynuzlu heyvanda, həmçinin quşların Nyukasl xəstəliyinə qarşı 16409389 baş quşda H vaksini ilə, 26085244 baş quşda isə La-Sota vaksini ilə profilaktiki peyvəndləmələr aparılıb.

Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1090629 baş iri buynuzlu, 299235 baş xırda buynuzlu heyvandan, o cümlədən 138444 baş qoçdan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar