"Azərbaycanın qeyri-neft ixracı sahəsində çox güclü potensialı var"
24 aprel 2017 10:06 (UTC +04:00)

"Azərbaycanın qeyri-neft ixracı sahəsində çox güclü potensialı var"

 

UNEC-də “Sahibkarlıq, kiçik və orta müəssisələr: Biznesin əsasları” mövzusundakı Yaz Məktəbinin bağlanışı olub.

 

Universitetdən Lent.az-a verilən  məlumata görə, tədbir “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində baş tutub.

Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımov qeyd edib ki, layihə çərçivəsində UNEC müəllimləri, xüsusən gənc alim, tədqiqatçı və tələbələr sahibkarlıq, biznesin yaradılması və inkişafı haqqında geniş bilik və təcrübəyə sahib olublar. Layihəyə uyğun olaraq, Almaniya və Azərbaycanın biznes infrastrukturunun özəllikləri və fəaliyyəti ilə tanışlıq da olub. Yaz Məktəbində Almaniyanın Siegen Universitetinin 10, UNEC-in isə 12 magistri iştirak edib.

 

UNEC-də olduğundan məmnunluğunu bildirən Siegen Universitetinin professoru Petra Mooq bu ali təhsil ocağında həyata keçirilən layihələri müsbət dəyərləndirib. Siegen Universitetinin və UNEC-in müəllim və tələbələrinə, həmçinin Montpellier Universitetinin nümayəndəsinə fəal iştiraka görə təşəkkür edib. P.Moog UNEC-ə səfəri zamanı Azərbaycanda fəaliyyət göstərən əksər istehsal müəssisələri ilə yaxından tanış olduğunu, ölkə iqtisadiyyatı ilə bağlı ətraflı məlumat əldə etdiyini bildirib.

 

O qeyd edib ki, Azərbaycanın güclü iqtisadiyyatı var, bu ölkədə qeyri-neft ixracı sürətlə inkişaf edir.

Tədbir çərçivəsində Azərbaycan iqtisadiyyatının son tendensiyaları və problemləri haqqında fikir mübadiləsi aparılıb, iştirakçılar öz təcrübə və biliklərini bölüşüblər.

Sonda Almaniyada təşkil edilən dəyirmi masanın işçi qrupunun üzvlərinə və UNEC-də təşkil edilən qış məktəbinin ekspert müəllimlərinə sertifikatlar təqdim olunub.

 

Nəzərinizə çatdıraq ki,  UNEC ilə Almaniyanın Siegen Universitetinin birgə hazırladığı “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (“Project EE-KEY-AZ: Entrepreneurship Education: A Key to Job Creation and Employability in Azerbaijan”) layihəsi DAAD tərəfindən maliyyələşdirilməsi üçün qəbul olunub. Layihə 4 il ərzində həyata keçirilməsi və bir neçə istiqamətlər üzrə fəaliyyət planı nəzərdə tutulub.

# 159
avatar

Oxşar yazılar