Professor İmamverdi Əbilov dünyasını dəyişib
09 aprel 2016 10:01 (UTC +04:00)

Professor İmamverdi Əbilov dünyasını dəyişib

Ədəbiyyatşünas alim, professor İmamverdi Əbilov dünyasını dəyişib. APA-nın məlumatına görə, İ. Əbilov aprelin 9-da 89 yaşında vəfat edib.

 

İ. Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb. Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilib. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olub.

 

800-dən artıq məqaləsi dərc olunub, “Rəsul Rza” (1960), “Azərbaycan ədəbiyyatında yeni insan”, “Siyasi lirikanın tədrisi”, “Şəhidlər mehrabı. Rəhmət duası”, “Ömrün anları”, "Əsrlər... nəsillər... əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" (2013) kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunub.

 

Qeyd edək ki, İ. Əbilov “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın atasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343
avatar

APA Baycan

Oxşar yazılar