Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin qrup yoldaşları ilə birgə yeni şəkilləri yayılıb.
Lent.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) 3-cü kursunda təhsil alan Əliyevin fotolarını tələbə yoldaşları paylaşıb.
Xatırladaq ki, 1997-ci il təvəllüdlü Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdu.