Prezident Xətaidə təmir edilən iki məktəb binasında olub
13 sentyabr 2013 14:24 (UTC +04:00)

Prezident Xətaidə təmir edilən iki məktəb binasında olub

Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq orta məktəb binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Lent.az-ın AəzrTAC-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev əvvəlcə 249 nömrəli orta məktəb binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. 1972-ci ildə inşa olunan məktəbin binası iki korpusdan ibarətdir. 1280 şagird yerlik məktəbdə 1400 şagird təhsil alır. Məktəbdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir. Məktəb binasının sahəsi 2252 kvadratmetr, məktəbin ümumi ərazisi isə 19 min 272 kvadratmetrdir. Yeni dərs ili ərəfəsində məktəbin binası əsaslı şəkildə təmir edilib, sinif otaqları, fənn kabinetləri yenidən qurularaq müasir avadanlıqla təchiz olunub. Məktəbin ətraf ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilib.


Sonra Prezident İlham Əliyev 138 nömrəli məktəbə gəlib. İki korpusdan ibarət 138 nömrəli orta məktəbin binası 1977-ci ildə inşa olunub. 1176 şagird yerlik məktəbdə 1020 şagird təhsil alır. Bundan əlavə, binada Füzuli rayonunun 80 şagird yerlik 30 nömrəli məcburi köçkün məktəbi yerləşir. 5600 kvadratmetr ərazisi olan məktəbin ümumi sahəsi 17 min 800 kvadratmetrdir. Məktəbin bütün sinif otaqlarında, fənn kabinetlərində təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. Bu təhsil ocağının ərazisində abadlıq və quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929
avatar

Oxşar yazılar