<b>Prezident Qəbələnin yollarının təmirinə <span style="color:red;">3 milyon ayırdı </b>
11 avqust 2016 18:14 (UTC +04:00)

Prezident Qəbələnin yollarının təmirinə 3 milyon ayırdı

Prezident İlham Əliyev Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamdan olan məbləği maliyyələşdirmək tapşırığı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar