Prezident İlham Əliyev ekvadorlu həmkarı Rafael Korrea Delqadoyaya başsağlığı verib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığı məktubunda deyilir:
“Ölkənizdə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ekvador xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.