Prezident Heydər Əliyevin Yevlaxdakı abidəsini ziyarət edib
16 aprel 2017 17:55 (UTC +04:00)

Prezident Heydər Əliyevin Yevlaxdakı abidəsini ziyarət edib

Aprelin 16-da prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezidentə məlumat verib.

 

Bildirilib ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, yeni istehsal müəssisələri yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar