Prezident İlham Əliyev Gəray Fərhadova “Vətənə xidmətə görə” ordeni verib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Gəray Fərhad oğlu Fərhadov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Gəray Fərhadov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavinidir.