Prezident İlham Əliyev bəstəkar Murad Kajlayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə M.M.Kajlayev “Dostluq” ordeni ilə təltif edilib.