Prezident Böyükşor bulvarının və parkının açılışını etdi
22 may 2015 11:46 (UTC +04:00)

Prezident Böyükşor bulvarının və parkının açılışını etdi

Mayın 22-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə Böyükşor gölünün bərpasının ilkin mərhələsi çərçivəsində görülmüş işlərə dair stendə baxıb. Sonra prezident İlham Əliyev Böyükşor bulvarının və parkının rəmzi açılışını bildirən lenti kəsib.

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verib. Bildirilib ki, bulvar və park ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib. Burada sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometrdir. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Burada idman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped, o cümlədən yaşıllıq zolaqları salınıb. Göldə fəvvarələr quraşdırılıb. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi yaradılıb. Gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi üçün xüsusi avadanlıq quraşdırılıb.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının ərazisini gəzib. Qeyd olunub ki, gölün birinci mərhələsi üzrə tikinti işləri başa çatdırılıb. Gölə neft sularının daxil olmasının qarşısının alınması üçün 1570 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd gələcəkdə 8 zolaqlı avtomobil yolunun özülü olacaq. Bənd gölü iki hissəyə ayırır və layihənin mərhələli icrasına şərait yaradır. Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar