Prezident bir sıra qanunda dəyişiklik edib
03 fevral 2016 18:52 (UTC +04:00)

Prezident bir sıra qanunda dəyişiklik edib

0

Prezident İlham Əliyev bir sıra qanunda dəyişiklik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunda və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də fərmanda dəyişiklik edilməsini təsdiq edib.

 

Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinin 1-ci bəndində və 19-1-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə “öz vəzifələrini” sözlərindən sonra “üzrlü səbəblər olmadan” sözləri, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 5.2-ci, 17.2.1-ci, 17.2.2-ci və 17.2.6-cı maddələrinə “öz vəzifələrini” sözlərindən sonra “üzrlü səbəblər olmadan” sözləri əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar