Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində ("Sovetski") Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
**
11:41
Bu gündən paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun tikintisinə başlanılıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub.