Pravoslav kilsəsindən Xocalı soyqırımı ilə əlaqədar <span style="color:red;">MÜNASİBƏT
18 aprel 2017 15:45 (UTC +04:00)

Pravoslav kilsəsindən Xocalı soyqırımı ilə əlaqədar MÜNASİBƏT

 

 

 

Rus Pravoslav kilsəsi Xocalı soyqırımı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyalarının liderləri tərəfindən dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanan müraciətə öz münasibətini bildirib.

 

QMİ-dən Lent.az-a verilən məlumata görə, bununla bağlı, Moskva Patriarxatının Xarici Əlaqələr şöbəsinin sədri Volokolamsk Mitropoliti İllarion bildirib ki, Rus Pravoslav Kilsəsi hər cür zorakılıq, təqib və ayrıseçkiliyə qarşı çıxış edir.

 

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi hər iki xalqın mənafeinə uyğun həll olunacaq: “Dağlıq Qarabağ ətrafındakı münaqişə bizim ürəklərimizdə ağrı ilə öz əksini tapır, çünki bu münaqişənin qurbanları hər iki tərəfdən günahsız insanlardır”.

 

Münaqişələrin ədalətli, dinc yolla, beynəlxalq hüquq normalarına müvafiq qaydada həll olunmasının vacibliyini vurğulayan Mitropolit İllarion ümidvar olduğunu deyib ki, Azərbaycan və Ermənistan dünya ictimaiyyətinin və dini liderlərin dəstəyi ilə hər iki xalqın mənafeinə uyğun həll tapa biləcəklər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar