Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 6-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında, mayın 7-də isə Çevik Polis Alayında qanvermə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən təşkil olunan bu aksiyalarda 600-dən çox polis əməkdaşı iştirak edib.
Növbəti belə aksiya mayın 8-də Xətai Rayon Polis İdarəsində həyata keçiriləcək. Toplanmış qan hemofiliyalı və talassemiyalı xəstələrə kömək məqsədilə respublika Mərkəzi Qan Bankına təhvil veriləcək.