Peşə məktəbləri birləşdiriləcək
18 aprel 2016 14:05 (UTC +04:00)

Peşə məktəbləri birləşdiriləcək

 

Azərbaycanın rayonlarında peşə təhsili ilə bağlı kompleks regional mərkəzlər yaradılacaq. Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə APA-ya açıqlamasında bildirib ki, rayonlarda peşə məktəbləri birləşdirilərək kompleks regional mərkəzlər şəklində fəaliyyət göstərəcək. Bu məsələnin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da nəzərdə tutulduğunu deyən sektor müdiri qeyd edib ki, kompleks regional mərkəzlərdə bütün ixtisaslar, karyera mərkəzləri, məsləhətlər verən xüsusi xidmətlər və digər sahələr birləşəcək.

 

Onun sözlərinə görə, hazırda Bakıda peşə məktəblərinin rasionallaşdırılması üçün işlər görülür: “Bakıda peşə təhsili üzrə bir ixtisas müxtəlif məktəblər arasında paylaşılıb. Bu da bir qədər səmərəsizlik yaradır. Biz onu kompleks şəkildə, məsələn, iqtisadi sahələrə uyğun olan ofisiant, barmen, aşpaz kimi ixtisasların 1 məktəbdə turizm və xidmət sahəsi üzrə kadrlar hazırlamasını istəyirik. Bundan əlavə, Bakıda Koreya məktəbi yaradılacaq ki, bu da Sənaye və innovasiyalar dövlət peşə tədris mərkəzi adlandırılacaq. Hələki bu mərkəz üçün bina tikilmək üzrədir. Bakı şəhərində rasionallaşma tədbirləri həyata keçiriləndən sonra regionlar üzrə işlərə başlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

APA Baycan

Oxşar yazılar