Paytaxtın giriş yolu təmir olunur
10 iyul 2015 16:51 (UTC +04:00)

Paytaxtın giriş yolu təmir olunur

 

Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır. Lent.az-ın “Azəryolservis”in saytına istinadən xəbərinə görə, bu işlər çərçivəsində Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən “Su İdman Oyunları Sarayı”nadək olan hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış yerləri bərpa edilir.

 

Təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, daşınır. Daha sonra həmin ərazilər yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanır və asfaltlanma işləri həyata keçirilir. Təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

 

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və Nəqliyyat Nazirliyi, həmçinin “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımı sayda qüvvə cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar

Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

24 may 2025 , 09:09
Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19