Nəcəfqulu Rəfiyev küçəsinin təmirinə başlanıldı
09 iyul 2015 16:43 (UTC +04:00)

Nəcəfqulu Rəfiyev küçəsinin təmirinə başlanıldı

Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır. Lent.az-ın “Azəryolservis” ASC-nin saytına istinadən verdiyi məlumata görə, paytaxtın iki böyük prospekti, A.Nobel və Babək prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsi təmir olunur.

 

Bu işlər zamanı uzunluğu 1070, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklər  bərpa olunur, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Ümumilikdə küçənin 19500 kvadrat metr sahəsinə yeni  asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

 

 Bundan başqa Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşlarının sökülməsi işləri də həyata keçirilir. Söküntü işləri başa çatandan sonra bura təqribən 2200 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

 

Qeyd edək ki, işlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımı sayda qüvvə cəlb olunub. Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar