Ovçulara <span style="color:red;">ŞAD XƏBƏR : <b>Mövsüm başladı </b>
01 iyun 2015 15:11 (UTC +04:00)

Ovçulara ŞAD XƏBƏR: Mövsüm başladı

Ölkəmizdə  2015-2016-cı illər üçün ov mövsümü 30 may 2015-ci il tarixindən etibarən açıq elan edilib.


Lent.az-ın Ekologiya və Təbii Sərvətlər nazirliyinin saytına istinadən məlumatına görə, 2015-2016-cı illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanması müddətləri və normalarına əsasən, Dağıstan turunun (təkə) 30 may-17 oktyabr 2015-ci il tarixlərində, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz; Qaban (çöl donuzu) 19 sentyabr-19 dekabr 2015-ci il tarixlərində, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı; Dovşanın 14 noyabr 2015-ci il-09 yanvar 2016-cı il tarixlərində, 2 baş (adambaşına), Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı; Bataqlıq qunduzunun (nutriya) 10 oktyabr 2015-ci il-20 fevral 2016-cı il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün); Cüllütün (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla) 12 sentyabr–07 noyabr 2015-ci il tarixlərində, 6 ədəd (adambaşına), müvafiq ov sahələri və ovçuluq təsərrüfatları; Qazın (ağ qaş və qırmızı döş qaz istisna olmaqla ) 10 oktyabr 2015-ci il –20 fevral 2016-cı il tarixlərində, 1 ədəd (adambaşına), su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları; Ördəyin (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla) 10 oktyabr 2015-ci il – 20 fevral 2016-cı il tarixlərində, 4 ədəd (adambaşına), su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları; Qaşqaldağın 10 oktyabr 2015-ci il–20 fevral 2016-cı il tarixlərində, 6 ədəd (adambaşına) su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatlarında ovlanmasına icazə verilir.

Birdəfəlik ov icazəsinin qiymətinə görə, Dağıstan turu (təkə) - 24 manat 75 qəpik; Qaban (çöl donuzu) - 16 manat 50 qəpik; Dovşan - 2 manat 20 qəpik; Cüllüt – 31 qəpik; Ördək – 99 qəpik; Qaşqaldaq – 31 qəpik; Qaz – 2 manat 53 qəpik dəyərində olacaq.

Qeyd edək ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224

Oxşar yazılar