Azərbaycanda oxuyub-yazmağı bacarmayan 100 şagird aşkarlandı
29 mart 2016 14:03 (UTC +04:00)

Azərbaycanda oxuyub-yazmağı bacarmayan 100 şagird aşkarlandı

 

2015-ci ildə keçirilmiş buraxılış imtahanlarında 9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfər təşkil edib.  Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb.

 

11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlər sırasında Sabirabad rayonundan 6 nəfər, Lənkəran rayonundan 4 nəfər, Hacıqabul rayonundan 3 nəfər, Tovuz rayonundan 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsindən isə 1 nəfər olub.

 

9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərdən 12-si Astara, 9-u Sabirabad, 8-i Lerik rayonundan olub. Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonlarının hərəsindən 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsindən 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcabədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsindən 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsindən isə 1 nəfərin də oxuyub-yaza bilməiyi aşkarlanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Fərizə Əhmədova

Oxşar yazılar