Ötən il diplomların tanınması və nostrifikasiyası ilə əlaqədar Təhsil Nazirliyinə 5237 müraciət daxil olub.
Təhsil Nazirliyindən Lent.az-ın sorğusun cavab olaraq bildirilib ki, müraciət edən vətəndaşların əksəriyyətini Rusiya Federasiyası, Ukrayna, Gürcüstan və Türkiyə ali məktəblərinin məzunları təşkil edib. Aralarında mənfi cavab alanlardan Rusiya Federasiyası, Ukrayna və Gürcüstan ali təhsil müəssisələrinin məzunları üstünlük təşkil edir.
Bundan başqa, 2015-ci ildə 1301 müraciətçi müsbət rəy alıb və onlara müvafiq şəhadətnamələr verilib. 943 nəfər imtina alıb. Digərlərinin sənədləri isə baxılmaqdadır.