Ötən il qidadan 912 nəfər zəhərlənib, 3 nəfər ölüb
12 yanvar 2016 15:40 (UTC +04:00)

Ötən il qidadan 912 nəfər zəhərlənib, 3 nəfər ölüb

2015-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin sayı açıqlanıb.

 

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, ötən il ümumilikdə 659 qida zəhərlənməsi hadisəsi baş verib. Qida zəhərlənməsi nəticəsində  912 nəfər zərər çəkib.

 

2015-ci il ərzində ümumilikdə 28 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 49 nəfər zərər çəkib, 3 ölüm faktı qeydə alınıb. 

Qeyd edək ki, ölüm halları əsasən İsmayıllı, Binəqədi və Nərimanov rayonlarında yaşanıb. Ölümə səbəb evdə bağlanan xiyar, pomidor turşusundan istifadə olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Fərizə Əhmədova

Oxşar yazılar