2014/2015-ci tədris ilində buraxılış kontingenti bakalavriat səviyyəsi üzrə 32422, magistratura səviyyəsi üzrə 5579 nəfər olub, Bunlardan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanları nəticəsində bakalavriat səviyyəsi üzrə 29734 nəfər, magistratura səviyyəsi üzrə 5856 nəfər müxtəlif təhsil müəssisələrinə qəbul olanlardır.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu kontingent üzrə təhsil müəssisəsini bakalavriat səviyyəsi üzrə 26690, magistratura səviyyəsi üzrə 4062 nəfər bitirib və onlara diplom verilib, bakalavr səviyyəsi üzrə 4318, magistratura səviyyəsi üzrə 966 nəfərin isə hazırda təhsil aldığı bildirilir (onlar təhsilini davam etdirənlər və diplom əmri sistemə daxil edilməyənlərdən ibarətdir).
Onu da qeyd edək ki, əcnəbi və vətəndaşlığı olmayan tələbələrin sayı bakalavr səviyyəsi üzrə 516, magistratura səviyyəsi üzrə 90 nəfər olub.