2015-ci il hesabat dövrü ərzində 25 təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib.
Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2015-ci ilə dair yekun illik hesabatında qeyd edilib ki, onlardan 16-sı məktəbəqədər, 3-ü ümumi, 2-si əlavə, 4-ü ali təhsil müəssisəsidir.
Həmçinin, ötən il məktəbəqədər təhsil kurikulumlarının tətbiqi ilə əlaqədar respublikanın şəhər və rayonlarında 8275 tərbiyəçi təlim kurslarından keçirilib. Ötən tədris ilindən Bakı şəhərinin 87 ümumtəhsil məktəbində 5 yaşlı uşaqlar üçün özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərən məktəbəhazırlıq qrupları açılıb, cari dərs ilindən bu qrupların fəaliyyət göstərdiyi məktəblərin şəbəkəsi genişləndirilib.
Hazırda 136 təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. 16 Məktəbəqədər hazırlığın şagird nailiyyətlərinə ən böyük təsir edən amil olduğu nəzərə alınaraq, bu təhsil pilləsinin büdcədən asılılığının azaldılması istiqamətində yeni maliyyələşdirmə mexanizmlərinin hazırlanması üzərində iş aparılır.