Ötən il Milli Parkları 1050 əcnəbi ziyarət edib
29 yanvar 2016 10:40 (UTC +04:00)

Ötən il Milli Parkları 1050 əcnəbi ziyarət edib

Hazırda ölkədə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ( ETSN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, milli parklar isə 3,7 faizini təşkil edir.

Bundan başqa, ötən il ərzində Milli Parkların ərazisinə daxil olan turistlərin sayı 75000 nəfər olub. Onlardan 1050 nəfəri xarici, 73950 nəfəri isə yerli vətəndaşlardır.

2015-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qeydə alınmış qanun pozuntusu faktlarına görə təqsirkarlara qarşı isə 815 akt və 263 protokol tərtib edilib. Qanun pozucularına görə inzibati qaydada 169630 manat məbləğində cərimə tətbiq edilib. Tədbir görülməsi üçün 18 iş hüquq mühafizə orqanlarına, 149 iş isə aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib.

 

O cümlədən, cari il ərzində qanunsuz ovla bağlı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərə qarşı 63 akt və 63 protokol tərtib edilərək, onlardan 57 ov silahı və 250 patron götürülüb. Təqsirkar şəxslərə qarşı 67800 manat məbləğində cərimə tətbiq edilib. Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti tərəfindən 11 akt və 11 protokol tərtib edilərək, qanun pozucularına qarşı 8400 manat məbləğində cərimə və iddia tətbiq olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Oxşar yazılar