Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək
19 sentyabr 2013 16:48 (UTC +04:00)

Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazir sentyabrın 24-də Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşların şikayət və təkliflərini dinləyəcək. O. Şirəliyevin qəbulunda Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Goranboy, Samux, Naftalan və Kəlbəcər rayon sakinləri iştirak edə bilərlər.

 

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

# 643

Oxşar yazılar