Ombudsman Elmira Süleymanova cəzaçəkmə müəssisələrində intihar hallarına münasibət bildirib.
Lent.az-ın verdiyi məlumata görə, Elmira Süleymanova deyib ki, cəzaçəkmə müəssisələri cəmiyyətin canlı hissələrindən biridir və belə hallar ola bilər.
Elmira Süleymanova bildirib ki, Azərbaycanda milli preventiv mexanizm mövcuddur: “Ombudsman institutunun əməkdaşları demək olar ki, hər gün cəzaçəkmə müəssisələrində olur. Hər bir məhkuma yalnız məhkəmə cəza verə bilər, başqa cəza ola bilməz. Əməkdşlarımız cəzaçəkmə müəssisələrində hər hansı halla rastlaşarsa, dərhal Ədliyyə Nazirliyinə, digər hüquq-mühafizə orqanlarına bu barədə xəbər verir, lazımi addımlar atılır”.
Ombudsman cəzaçəkmə müəssisələrində intiharlara münasibət bldirdi
425