Hava pisləşəcək: <span style="color:red;">temperatur 3-5 dərəcə aşağı enəcək
01 oktyabr 2015 12:42 (UTC +04:00)

Hava pisləşəcək: temperatur 3-5 dərəcə aşağı enəcək

Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometoroloji proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, havanın temperaturu gecə 17-20 dərəcə, gündüz 26-30 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,  lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 27-32 dərəcə, dağlıq rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

 

A. Verdiyev deyib ki, oktyabrın 2-si günün ikinci yarısından oktyabrın 6-sı gündüzədək şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, ötən günlərlə müqayisədə temperaturun 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355

Oxşar yazılar